İrana qarşı döyüş ssenarisi: ABŞ və İsrail xüsusi təyinatlıları...

İrana qarşı döyüş ssenarisi: ABŞ və İsrail xüsusi təyinatlıları...

ABŞ-ın xüsusi təyinatlı qüvvələri İsrailin cənubundakl Eilat şəhərində yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin "Kanal12” televiziyası məlumat yayıb.

Xəbərdə daha əvvəl müştərək hərbi təlimlər keçirən ABŞ-İsrail qüvvələrinin ilk dəfə "İranın bölgədəki bir ABŞ konsulluğunu və ya bir gəmini ələ keçirməyə çalışdığı” ssenarisi oynanılır.

Maraqlıdır ki, ABŞ xüsusi təyinatlılarının təlimlərdən sonra Körfəz bölgəsinə göndəriləcəyi bildirilir.

Bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri və "Şayetet 13” komando birliyinin qatıldığı təlimlə Tehrana qarşı güc nümayiş etdirmək, onu çəkindirmək və İsrail ilə ABŞ arasında əməkdaşlığı nümayiş etdirmək məqsədi daşıyır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az