İrana verilən vaxt bitir - “Cəmi bir neçə həftə qalıb”

İrana verilən vaxt bitir - “Cəmi bir neçə həftə qalıb”

"İranla nüvə razılaşmasını canlandırmaq üçün verilən vaxt və fürsət bitmək üzrədir”.

Miq.Az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, Vyanada Tehranla aparılan danışıqların çox ləngidiyini bildirib:

"Nüvə razılaşmasını canlandırmaq üçün cəmi bir neçə həftə var. Danışıqlar nəticəsiz olsa, rəsmi Vaşinqton İranın nüvə proqrmından irəli gələn problemlərin həlli üçün digər seçimləri nəzərdən keçirəcək. Bizim vaxtımız artıq çox azdır. Çünki İran günbəgün nüvə silahı əldə etməyə yaxınlaşır”.

Blinken qeyd edib ki, yeni nüvə razılaşmanın əldə olunması ABŞ-ın təhlükəsizliyi üçün ən yaxşı variantdır: "Amma bu mümkün olmasa, biz artıq digər seçimlər haqqında düşünməyə başlayacağıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az