İranda qatar qəzası: Ölənlər var

İranda qatar qəzası: Ölənlər var

İranda Məşhəd-Yezd reysini həyata keçirən qatar qəzaya uğrayıb.

Miq.Az xəbər verir ki, hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.

Sərnişin qatarının 7 vaqonundan 5-i relsdən çıxıb. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az