İranla Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi

İranla  Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb.

Bu sözləri Bakıya etdiyi səfərdən qayıdan İranın Xəzərdə Kəşfiyyat və Hasilat Şirkətinin direktoru Yusif Etimadi deyib.

Y.Etimadi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə apardığı müzakirələrin səmərəli olduğu qeyd edib.

Nəzərə çatdırılıb ki, iranlı mütəxəssislər Azərbaycanla birgə layihələrin həyata keçirilməsində və neft hasilatında yeni texnologiyaların tətbiqi prosesində iştirak edəcəklər. Neft və qaz sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına təkan verəcək.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az