İranla Azərbaycan qarşılıqlı ticarətdə dollardan imtina edə bilər

İranla Azərbaycan qarşılıqlı ticarətdə dollardan imtina edə bilər

Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşmalar üçün hesabların açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək.

Bu sözləri  İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.

Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az