İrəvan qorxu içində: Türk ordusu gələrsə...

İrəvan qorxu içində: Türk ordusu gələrsə...

Əgər Türkiyə ordusu Suriyanın Qamışlı bölgəsinə gələrsə, erməni diasporu ilə qarşı-qarşıya qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin Şərq elmləri fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan bildirib.

Melkonyan türk ordusunun "Zeytun budağı" əməliyyatı çərçivəsində hədəf aldığı yaşayış məntəqələri arasında ermənilərin də yaşadığı Qamışlı bölgəsinin olduğunu bildirib:

"Tarixdə baş verənləri nəzərə alsaq, bu vəziyyətin soydaşlarımız üçün nə ilə nəticələnəcəyini müəyyən etmək o qədər də çətin deyil".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az