İrəvanda Lavrova “qanlı çəkmə” verdilər-“Molotov kokteyli” yazılı şüşə...

İrəvanda Lavrova “qanlı çəkmə” verdilər-“Molotov kokteyli” yazılı şüşə...

"Qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”.

İrəvanda ötən gün etirazçılar Rusiya Xarici İşlər naziri Sergey Lavrova qanlı çəkmə veriblər.

Miq.az xəbər verir ki, bu barədə "Azadlıq radiosu” yazır.

Aprelin 21-də Lavrov İrəvana gələndə aksiya iştirakçıları Rusiya səfirliyinin qarşısına içində qanlı çəkmə, "Molotov kokteyli” yazılı şüşə, qəpik və torpaq olan qutu gətiriblər.

"Ayaqqabı rus çəkməsinin rəmzidir. Kokteyl o deməkdir ki, əgər ərazilərin Azərbaycana qaytarılması barədə hər hansı bir sənəd imzalansa, biz buna görə cavabdeh şəxsləri  kokteylə qonaq edəcəyik. Torpaq - bu sənədin imzalanmasına cavabdeh olan şəxslərin torpağa tapşıracağımızı, qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”, - İrəvan ağsaqqallar Şurasının sədri David Sanarasyan deyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az