İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?

İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?
İrəvanda tələbələrin etiraz aksiyası davam edir.

Publika.az xəbər verir ki, artıq üçüncü gündür davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər.

Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb.

"Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların davam edəcəyini bəyan edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir.

"Aykakan jamanak” qəzeti dünən yazıb ki, etiraz aksiyaları davam edərsə, müdafiə naziri Viqen Sarkisyanın istefa verməsi gündəmə gələ bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az