Afaq Aslan: “Amma sənətimdən ayrılmaq şərtilə”
Son günlər ölkə mətbuatında haqqında daha çox danışılanlardan biri də müğənni Afaq Aslandı. Afaq Aslanla bağlı maraqlı məlumatlar əldə etdiyimizdən bu məlumatlarla bağlı Vətəninfo.az müğənni ilə müəyyən dəqiqləşdirmələr apardı.
- Bir müddət əvvəl mətbuata müsahibənizdə deyirdiniz ki, həyatınızda kimsə yoxdu. Məlumatlara görə, Afaq Aslanın ürəyinə yol tapan tapılıb...
- Ürəyimə yol tapmaq istəyənlər çoxdur. Amma hələ ki, ürəyimə yaxın buraxa biləcəyim elə bir insan yoxdur ki, deyim hə, ona şans verməyi düşünərəm...
- Heç biri yaxınlaşıb demir ki, sizinlə tanış olaq və ya evlilik təklif etsin?
- Çoxdur belə təkliflər. Evlilik təklifləri də çoxdur ... Amma mən heç bir təklifi dəyərləndirə bilmirəm.
-Afaq xanım, bizdə olan məlumata görə siz evliliyin bir addımlığından geri dönmüsünüz?
- Sizdə hardandır bu məlumat?
-Qaynağımız sağlamdı?
- Tanınmış iş adamlarından birindən ciddi təklif almışdım ailə qurmaq üçün. Həmin insan mənə aşiq olduğunu və mənimlə ailə qurmaq istədiyini etiraf etdi. Amma bəzi səbəblərdən mən o insana şans vermədim və təklifini geri çevirdim.
- Deyilənə görə, bu işə pəl vurulmasının səbəblərindən biri sizin sənətinizi davam etdirmək israrınız olub?
- Bəli, elədir. Təklifini qəbul etməməyimin əsas səbəblərindən biri məni səhnədən uzaqlaşdırmaq istəməsi olub.
-Sizə yaxın mənbələrimiz onu da bildirirlər ki, hətta sizə Türkiyədə də evlənmə təklifi olunub? Bu şəxslə Türkiyədə olanda dəfələrlə rəfiqəniz Ebru Polatla birlikdə şam yeməyi belə yemisiniz?
- Çox maraqli bir nüans var ki, mənim ürəyimə yol tapmaq, qəlbimi əldə etmək istəyən insanlar öz maddi durumlarına çox güvənərək qəlbimi ram etmək istəyirlər. Amma mənim ürəyim əşya deyil axı, hər aşiq olan insan qəlbimi pulla satın ala. Mən aşiq olmasam, sevməsəm heç vaxt ailə qurmaq mövzusunda heç bir qərar verə bilmərəm. Istəyirəm ki, qarşıma elə bir insan çıxsın ki, mən ona ilk baxışdan aşiq olum. Mən maddiyyat qarşısında yox, yalnız öz hisslərim qarşısında, sevgim qarşısında ram ola bilərəm. Yoxsa məni əymək elə də asan iş deyil.
-Sizi Ebru Polatla şam yeməyinə dəvət edən şəxs də ram edə bilmədi?
- Türklə həyatı boyu ailə qurmaram. Mən elə bir səhvə yol vermərəm.
-Amma evlənmə təklifi almısınız?
- Öz kişilərimizə nə olub ki, türklərlə ailə qurmağı düşünüm? Təklif almışam. Amma qəbul etməyi əsla düşünnməmişəm.
- Deyirlər həyatınızla bağlı falçılara, baxıçılara tez-tez gedirsiniz. Bu nə dərəcə də düzdü?
- Mən baxıcılara inanmıram. Azərbaycanda baxıcı adı altında insanları öz yalanlarına inandırmağa çalışan bir çox baxıcılar var. Amma belə bir söz də var ki, fala inanma, faldan da qalma. Mən Azərbaycanda yeganə bir baxıcı var ki, ona hər zaman Azərbaycanın “Vanqası” demişəm. Çünki o insanın ağzından çıxan hər kəlməsi olur. Amma indi isə hər yerindən duran fırıldaqçı özünə baxıcı adı qoyub insanları öz uydurduğu yalanlara inandırır.
-Yəni Falçıya gedirsiniz?
- Yox getmirəm, amma getmişəm.
-Deyilənə görə, yaxında maşınınızı dəyişmək istəyirsiniz?
- Bəli istəyirəm. Yeni ildə inşallah.
- Toylarda oxuduğunuz və əldə etdiyiniz gəlirdən vergi verirsinizmi?
- Mən toylara getmirəm, əzizim.
- Niyə getmirsiniz? Çağırmırlar, yoxsa özünüz istəmirsiniz?
- Hələ ki, getmirəm . Bir tərəfdən də özüm istəmirəm.
İnci
Vətəninfo.az