İsgəndər Xəlilov bankın rəhbərliyindən getdi

İsgəndər Xəlilov bankın rəhbərliyindən getdi

5 oktyabr 2016-ci il tarixində NIKOIL Bank-ın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Bankın mətbuat xidmətindən  daxil olan xəbərə görə, iclasda İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının Sədri təyin ediməsi barədə qərar qəbul edib. O, Bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov NIKOIL Bank-ın səhmdarlarından biri olaraq qalır.

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Müşahidə Şurasının sədri:

Kulişova Marina Valeryevna

Müşahidə Şurasının üzvləri:

Romanovskiy İvan Vladimiroviç

Sazonov Aleksey Valeryeviç

Suxoruçkin Pavel Aleksandroviç

Novikov Roman Vitalyeviç

Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti NIKOIL  Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildiriblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az