İŞİD Azərbaycan bankının saytına hücum etdi

İŞİD Azərbaycan bankının saytına hücum etdi
Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.
Vətəninfo.az  oxu.az-a istinadən xəbər verir ki, hücuma "Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.
Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.
Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.
Öz növbəsində Əmrahbank-dan oxu.az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az