İŞİD hakerləri Azərbaycanın sığorta şirkətinin saytına hücum ediblər

İŞİD  hakerləri Azərbaycanın sığorta şirkətinin saytına hücum ediblər

Hakerlər Azərbaycanın "Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.

"Report” xəbər verir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər "Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az