İsrail İrana xəbərdarlıq, Türkiyəyə isə təşəkkür etdi - İki fərqli mesaj

İsrail İrana xəbərdarlıq, Türkiyəyə isə təşəkkür etdi - İki fərqli mesaj

Milli Kəşfiyyat Təşkilatından (MİT) kəşfiyyat məlumatı alan İsrailin xüsusi xidmət oranı MOSSAD İranın Türkiyədə israilli turistləri qaçırmaq planının qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Yair Lapid açıqlama verib.

"İranın israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səyahət etməməyə çağırıram. Ümid edirik ki, bu xəbərdarlıq uzun müddət qüvvədə olmayacaq. İndi turizm mövsümüdür. Tezliklə təhlükəsizliyin təmin edilməsi, israillilərin Türkiyəyə gəlməsi və burada xoş vaxt keçirmələri üçün hər cür səy göstərilir. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyə hökumətinə təşəkkür edirik”, - nazir bildirib.

Lapid açıqlamasında İrana xəbərdarlıq edib:

"İranlılara buradan bir mesaj çatdırmaq istəyirəm. Kim israillilərə pislik etsə, bundan qurtula bilməyəcək. İsrailin uzun qolu onları harada olur-olsun yaxalayacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az