İsrail mediası Netanyahunun Bakı səfəri ilə bağlı maraqlı detalları açıqlayıb.
Miq.Az xəbər verir ki, mətbuat konfransında İlham Əliyev İsraillə hərbi əməkdaşlığa dair rəqəmləri açıqlayıb:
"Sizə bir rəqəm deyəcəm ki, məncə bu ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini təsəvvür etməyə imkan verir. Azərbaycan İsraildən 5 milyard dollar dəyərində hərbi texnologiyalar alıb. Bu cür əməkdaşlıq bizi məmnun edir”
Media yazır ki, İlham Əliyevin açıqcasına bu rəqəmi söyləməsi İsrailli diplomatları təəccübləndirib.
Bundan başqa Netanyahu ilə qapalı görüşdə Azərbaycana "Dəmir Günbəz” raket sistemlərinin satılması məsələsinin də müzakirə edildiyi istisna edilmir.