İstehlak kreditlərinin verilməsi dayandırılıb

İstehlak kreditlərinin verilməsi  dayandırılıb
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasının qərarı ilə aprelin 5-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb.
 
Bu barədə Trend-ə Palatadan verilən məlumatda bildirilir.
 
Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir.
 
Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az