İstəmirəm həyat yoldaşımı və uşaqlarımı hər kəs görsün" - Həbibin toyundan görüntülər - VİDEO

İstəmirəm həyat yoldaşımı və uşaqlarımı hər kəs görsün

Rusiyalı samboçu Həbib Nurməhəmmədovun toyundan görüntülər yayımlanıb.


İrland rəqibi Konor Makqreqora qalib gəlməklə bütün dünyanın diqqət mərkəzinə çevrilən idmançı mətbuat konfransında şəxsi həyatından da danışıb. O bildirib ki, ailəsindən danışmağı sevmir:

"Mən istəmirəm həyat yoldaşımı, uşaqlarımı media görsün. Şəxsi həyat haqqında məlumatların yayılmasının yaxşı tərəfi də var, pis tərəfi də. Amma mən ailəmi mediadan qorumağa çalışıram. İstəmirəm ki, kimsə mənim xanımımı və uşaqlarımı müzakirə etsin. Çünki bu, mənim şəxsi həyatımdır".

Qeyd edək ki, Conorla döyüş karyerası boyu 27 dəfə döyüşən və hər dəfə qalib olan Həbibin qələbəsi ilə bitib və o, "UFC çempionu" titulunu qoruyub.

big.az

Miq.az 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az