İstilik xidmətlərinin qiyməti qalxır

İstilik xidmətlərinin qiyməti qalxır
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

 
Edilən dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.
Miq.az xəbər verir ki, bununla bağlı BakiPost.az-a açıqlama verən "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, gələn ildən istilik xidmətlərinin qiyməti qalxacaq: "Edilən dəyişikliyə əsasən isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək”.
 
Rafiq Əliyev qeyd edib ki, 1 kub metr isti su üçün qiymət əvəllər 40 qəpik müəyyən edilib: "May ayında isə soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq. Daha sonra "Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik”.

 
Rafiq Əliyev vurğulayıb ki, yaxın günlərdə müəyyənləşdiriləcək yeni qiymət ictimaiyyətə açıqlanacaq: "Hələ ki, iş gedir. Hökümət ilə qiymət dəqiq olaraq razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az