İstiPress əsir düşən gəncin evində - EKSKLÜZİV FOTO, VİDEO

İstiPress əsir düşən gəncin evində - EKSKLÜZİV FOTO, VİDEO
Ailə üzvləri Elnuru sonuncu dəfə ötən gün səhər görüblər

Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. Elnurun anası Səidə Hüseynovanın İstiPress-in Qarabağ bürosuna verdiyi məlumata, görə  Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən  hərbi xidmətə yollanıb və müddətdən  artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub.

Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən İstiPress-ə verilən məlumata görə, Elnur Hüseynzadənin 2013-cü ilin iyul ayında  həqiqi hərbi xidmətə çağrılıb və  2015-ci ildə ordudan  təxris olunub. 

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistan KİV  Ermənistan Müdafiə Nazirliyinə istinadən  bir Azərbaycan əsgərinin əsir düşməsi barədə məlumatlar yayıb. Məlumata görə ötən gün 15:00 radələrində Talış kəndi yaxınlığında dumanlı hava şəraitində baş verən döyüş toqquşmasında  Azərbaycan əsgəri, Bərdə şəhərindən olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə əsir götürülüb. Ermənistan KİV-i Azərbaycan tərəfini əsgərin əsir düşməsini gizlətməkdə ittiham edir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az