İtaliya şirkəti Azərbaycanı tərk edir

İtaliya şirkəti Azərbaycanı tərk edir
İtaliyanın "Todini Costruzioni Generali SPA" şirkəti Azərbaycandakı nümayəndəliyinin bağlanmasını elan edib.
Vətəninfo.az-ın "Report"a istinadən məlumatına görə, şirkət kreditorlara iki ay ərzində tələblərini bildirməli olduğunu açıqlayıb.

Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Ələsgər Qaibov küçəsi,10Q ünvanında yerləşən "Sübhan" Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidirlər.

Qeyd edək ki, şirkət Azərbaycanda 1996-cı ilin dekabrında qeydiyyatdan keçib.

Xatırladaq ki, "Todini Costruzioni Generali SPA" Azərbaycanda Ələt-Astara avtomobil magistralının tikintisi layihəsinin əsas icraçısı olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az