İyulun 1-dən ölkədə ət məhsullarının keyfiyyətinə nəzarət olunmur
İyulun
1-dən ölkədə ət məhsullarının keyfiyyətinə nəzarət olunmur.
Buna
da səbəb heyvanlar üçün nəzərdə tutulan kəsim sexlərinin olmamasıdır.
Yeni
qanunvericiliyin tələblərinə əsasən bütün növ qida məhsullarının keyfiyyətinə nəzarət
müxanizmi yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Xatırladaq ki, bundan əvvəl bu vəzifəni Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq
Xidməti Dövlət Agentliyi həyata keçirib.
Hazırda
xüsusilə ət və ət məhsulları bazarında özbaşınalıq
hökm sürür. Ət məhsullarının keyfiyyətinə
nəzarət eləmək səlahiyyəti artıq baytarlardan alıb. Mal, qoyun kəsən qəssablara
nə baytarlar , nə də Qida Təhlükəsizliyi Agentliyindən nəzarət edən yoxdur.
Qida
Təhlükəsizliyi Agentliyinə yaxın mənbə yaranmış vəziyyəti belə şərh edib.” İyulun 1-dən ət kəsiminə faktiki olaraq nəzarət
yoxdur. Kəsilən ətlər müayinə olunmadan istehlakçılara ötürülür. Buna da səbəb aralıq dövrünə görə qida təhlükəsizliyinin
nəzərə alınmamasıdır.”
Mənbənin
bildirdiyinə görə Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları
üzərində tam nəzarət imkanlarına malik olandan sonra Baytarlıq Xidməti Dövlət
Agentliyindən ət və ət məhsulları üzərindəki müayinə aparmaq səlahiyyətlərindən
məhrum edilməliydi.” Hazırda durum olduqca təhlükəlidir. Aldığımız ət heyvan mənşəli xəstəliklərin törədicisi
ola bilər. Qida Təhlükəsizliyi Agentliyi ət kəsimi üçün sexlərin olmadığına görə
müayinələr apara bilmir. İndi sahibkarlar üçündə müəyyən qədər çətin olur.
Onlar kəsdikləri ətə görə sağlamlığı təsdiq edən arayışlar ala bilmirlər. Burada Qida Təhlükəsizliyi yerli şöbəsi uyğun
şərait olmadığına görə lazım olan müayinələri apara bilmir. Satış yerinə
çatdırılanda isə ətin yararlılığına görə arayış tələb edirlər.”
Mütəxəsis
həkimlərin fikrincə daim bazara mənşəyi
məlum olmayan məhsullar çıxarmaqda maraqlı olan dəllallar üçün əla şərait
yaranıb.At , eşşək, ölmüş heyvan ətlərini n istehlak riski indi
daha çoxdur.//Sputnik Azərbaycan
Miq.az