Jurnalist Fikrət Fərəməzoğlu həbs edildi

Jurnalist Fikrət Fərəməzoğlu həbs edildi

Tanınmış jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib. Miq.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook"u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar.

Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az