Kəbədəki qırğında ölənlərin sayı 107-yə çatdı

Kəbədəki qırğında ölənlərin sayı 107-yə çatdı

Son məlumatlara əsasən, 184 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir. 

Bundan əvvəl 87 nəfərin öldüyü, 184 nəfərin xəsarət aldığı bildirilirdi.

Hadisənin başvermə səbəblərinə dair rəsmi açıqlama hələ ki, verilməyib. Yerli KİV-lər hadisəyə səbəb kimi güclü külək və yağıntılı havanı göstərirlər. 

*      *      * 00:14

Son informasiyalara görə, qəzada ölən Türkiyə vətəndaşlarının sayı 2 nəfərə çatıb. 

Bütövlükdə isə ölən zəvvarların 87-ə yüksəlib. 184 nəfər isə yaralanıb. 

*   *   *23:14

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "əl-Ərəbiya” telekanalı xəbər verib.

Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.

Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib.

Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.

 

*     *      * 21:11

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

APA-nın məlumatına görə, dağıntılar altında qalanlar var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az