Kəmaləddin Heydərovu qaydanı pozduğuna görə hansı cəza gözləyir?

Kəmaləddin Heydərovu qaydanı pozduğuna görə hansı cəza gözləyir?

Mayın 20-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus xidməti avtomobil Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qəza törədib.

Miq.Az-ın xəbərinə görə, nazirə məxsus "Mercedes” markalı avtomobil işıqforun qırmızı işığında keçərək "Maserati”yə çırpılıb.

Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qanunvericiliyə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 3 bal və 60 manat cərimə yazılır.(pravda.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az