Kılıçdaroğluna qarşı terror əmri verən şəxs

Kılıçdaroğluna qarşı terror əmri verən şəxs
Türkiyə müxalifətinin lideri, Cumhurriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna qarşı həyata keçirilmiş hücumun PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı məlum olub.

Lent.az-ın məlumatına görə, 25 avqustda Artvinin Savtaş rayonunun Yanıqlı kəndində K.Kılıçdaroğluna qarşı silahlı hücum etmiş şəxslərə təlimatın "Türk Tarık” ləqəbli terrorçu Barış Önerin verdiyi üzə çıxıb.

Bildirilir ki, bir sıra qanlı aktlarda adı hallanan bu terrorçunun başına dövlət 1 milyon lirə pul qoyub.

Qeyd edək ki, K.Kılıçdaroğlunun avtomobilinin də olduğu konvoya silahlı hücum zamanı bir polis şəhid olub, 2 əsgər isə yaralanıb.

Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az