Kim Çen Inın bacısı qonşu ölkəni hədələdi – “Nüvə ilə vuracağıq”

Kim Çen Inın bacısı qonşu ölkəni hədələdi – “Nüvə ilə vuracağıq”

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çonq ölkəsi ilə mümkün hərbi qarşıdurmada Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edə biləcəklərini deyib.

Miq.Az xəbər verir ki, Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsi sədrinin direktor müavini olan Kim Yo Çonq Cənubi Koreyanın müdafiə naziri Su Ukun "qabaqlayıcı hücum” sözlərinə reaksiya verib.

Koreya liderinin bacısı müdafiə nazirinin "Şimala qarşı qabaqlayıcı hücum” sözlərini "geri dönüşü olmayan ciddi səhv” adlandırıb.

Cənubi Koreyanın hərbi qarşıdurmaya üstünlük verəcəyi ehtimalına qarşı Kim Yo Çonq deyib: "Bu halda nüvə hücum qüvvələrimiz qaçılmaz olaraq öz vəzifələrini yerinə yetirəcək”.

Bunun sadəcə təhdid olmadığını vurğulayan Kim mümkün müharibənin qarşısının alınmasının prioritetləri arasında olduğunu, amma savaş durumunda dəhşətli hücumların başlayacağını və Cənubi Koreya ordusunun demək olar ki, tam məhv olmaq taleyi ilə üzləşəcəyini bildirib.

Şimali Koreya martın 24-də raket sınağı keçirib və bunun yeni tip qitələrarası ballistik raket (ICBM) olduğunu açıqlayıb. Bu raketin ilk dəfə atıldığı və sınağın Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında keçirildiyi bildirilib.

Cənubi Koreya Şimali Koreyanın raketinin 6200 kilometrdən çox yüksəklikdə təxminən 1080 kilometr uçduğunu açıqlayıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az