“Kim İŞİD liderini öldürsə, onunla evlənəcəyəm...”-Aktrisadan ŞOK açıqlama

“Kim İŞİD liderini öldürsə, onunla evlənəcəyəm...”-Aktrisadan ŞOK açıqlama

Misirin tanınmış aktrisası İlham Şahin son bəyanatı ilə gündəmə gəlib.

Aktrisa İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini öldürənlə evlənəcəyini açıqlayıb.

55 yaşlı aktrisa vurğulayıb ki, terrorçunu öldürən şəxsin hansı milliyətdən olması onun üçün fərq etmir: "Kim və haralı olması mənim üçün fərq etmir. Həmin şəxsə elə bir bal ayı yaşadayacağam ki, yuxusunda belə görsə inanmaz. Bağdadini öldürən şəxs istəsə, onun xidmətçisi belə olaram. Çünki, o, ölsə Yaxın Şərq hüzur tapacaq”.

Miq.az xəbər veriri ki, İlham Şahin 1961-ci ildə Misirdə anadan olmuşdur...İlk rolunu da  1978-ci ildə  "Adamın İsmi Abbas” adlı filmde almışdır.

1982-ci ildə konservatoriyadan məzun olan sənətçi həmin tarixdə ilk dəfə  "Bu Qadın Uzaydan Gəlmiş” adlı oyunda baş rolda  oynayıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az