Kişi hamilə arvadını döyə-döyə öldürdü

Kişi hamilə arvadını döyə-döyə öldürdü

Bakının Pirallahı rayonunda hamilə qadını vətəndaş nikahında olduğu əri döyərək öldürüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə virtualaz.org-a Pirallahı Rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, dünən şəhər 3 saylı klinik xəstəxanasında 1975-ci il təvəllüdlü Loginova Yuriya Sergeyevna ginekoloji qanaxmadan ölüb.

İlkin istintaq zamanı qadının 13 yaşlı oğlunu müdafiə etməyə çalışarkən vətəndaş nikahında olduğu əri Faiq Sadıxov tərəfindən döyüldüyü aşkar olub.

Məlum olub ki, oktyabrın 8-də Pirallahı qəsəbəsində Yuliya Loginovanın evində mübahisə baş verib. Sadıxov axşam saat 8 radələrində kəməri ilə oğulluğu Yeqoru döyməyə başlayıb.

Ana oğlunu müdafiə edib. O zaman kişi Loginovanı döyüb və kəmərlə onun başına bir neçə zərbə vurub. Nəticədə hamilə qadında qanaxma başlayıb, onu xəstəxanaya yatırıblar, amma...

Hazırda Pirallahı Rayon Polis İdarəsində Sadıxovun saxlanılmasına və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az