Koçaryanı həbs edirlər: Eks-prezidentə ağır ittiham-15 il həbs

Koçaryanı həbs edirlər: Eks-prezidentə ağır ittiham-15 il həbs

O, başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir
 
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs oluna bilər. Sputnik Azərbaycan xəbər verir ki, ona qarşı ölkənin Konstitusiya Quruluşunu dəyişmək ittihamı irəli sürülüb.

Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2008-ci il 1-2 mart hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində toplanılan kifayət qədər sübutlar əsasında ölkənin keçmiş prezidenti ittiham irəli sürülüb. O, başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir.

Elə həmin gün Yerevan məhkəməsinə Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət ünvanlanıb. Eks-prezident Xüsusi İstintaq Xidmətində bir neçə saat dindirilib.

Qeyd edək ki, Koçaryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Koçaryan "Erkir media" telekanalına müsahibəsində ona qarşı irəli sürülən ittihamların hamısının qondarma olduğunu iddia edib. O, həbsxanadan qorxmadığını, həbsxanaya girməyə və oradan mübarizə aparmağa hazır olduğunu söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az