Koronaya yoluxan başçı müavininin son durumu...
Koronavirusa yoluxan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Alıcı Dilavərov hələ xəstəxanadadır və müalicəsi davam edir.
Miq.Az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, A.Dilavərov özünü yaxşı hiss etdiyini deyib:
"Alıcı Dilavərovla telefon danışıqlarımız olur. O özünü yaxşı hiss etdiyini və heç bir şikayəti olmadığını söyləyib. Hazırda karantin rejimindədir".
Miq.Az