Kosmosda dövlət yaradan azərbaycanlı: "Bura yeni millətin ölkəsi olacaq"

Kosmosda dövlət yaradan azərbaycanlı:

Artıq 7 aydır ki, Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəylinin rəhbərliyi ilə kosmosda "Asgardia" adlı müstəqil dövlətin yaradılmasına başlanılıb.

Miq.Az azvision.az-a istinadən xəbər verir ki, kosmik dövlətin birinci peyki olan "Asgardiya-1" bu ilin payız ayında kosmosa yola salınacaq.

"Bu, "Asgardia"nın yaradılmasında çox mühüm addımdır. Peyk kosmosda "Asgardia"nın mövcud olmasının təməl daşıdır. Burada 1 milyon yarımdan çox asgardialının məlumatları saxlanılacaq. İnsanlar özləri barədə informasiyanı "Asgardia"ya göndərmək imkanına sahibdirlər", - İqor Aşurbəyli deyib.

Onun sözlərinə görə, "Asgardia" kosmosda dövlətçiliyin yeni forması ola bilər. O hesab edir ki, bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər. 

Layihədə iştirak edən alimlər ümid edirlər ki, "Asgardia" layihəsi bütün bəşəriyyətin xeyrinə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az