"Laçın dəhlizinə alternativ yol iyulun 1-də istifadəyə veriləcək..."-Ermənistan təşvişdə...


"Azərbaycan tərəfindən  Ermənistanı Qarabağla birləşdirən yeni dolama yolun istifadəyə verilməsi bu il iyulun 1-ə  planlaşdırılır".
 
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin  "Şərəf duyuram” parlament fraksiyasının deputatı Tiqran Abramyan erməni mediasına açıqlamasında bildirib.
 
"Laçından(Abramyan "Berdzor" deyir-S.L.) keçən mövcud yola alternativ yolun tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulub. Bakıda isə məlum səbəblərdən bu bəndi tez bir zamanda icra etməyə tələsirlər. Bakının məqsədi Laçından yan keçməkdir ki, şəhər tam olaraq onların nəzarətinə keçsin.  Çünki alternativ yolun yaranması nəticəsində Rusiya sülhməramlılarının patrul marşrutu da dəyişəcək... Müvafiq olaraq Ermənistan və Artsax arasında yerüstü əlaqənin təmin edilməsi baxımından biz bugünkündən xeyli çətin vəziyyətə düşəcəyik”, - deyə Ermənistan deputatı vurğulayıb.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az