Lapşin Dilqəm Əsgərovla dəyişdirilir? - İLİN SƏS-KÜYLÜ ƏMƏLİYYATI

Lapşin Dilqəm Əsgərovla dəyişdirilir? - İLİN SƏS-KÜYLÜ ƏMƏLİYYATI
Azərbaycan Dilqəm Əsgərovu azad etmək üçün Lapşinin ekstradisiyasını həyata keçirtdi.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın "lragir” saytı çıxış edib.

Sayt yazır ki, Azərbaycan iki il ərzində Dilqəm Əsgərovu azad etmək üçün siyasi gedişlər edir: "Lapşinin ekstradisiyası Qarabağa gələnlərin qarşısını almaqdır. Lakin bununla yanaşı, Azərbaycan Dilqəm Əsgərovu geri qaytarmaq üçün də Lapşindən istifadə edəcək. Əvvəlcə Əsgərovun alınması üçün Rusiya ilə danışıqlar aparılırdı. Sergey Lavrov da bu işlə məşğul olduğunu bildirmişdi. Görünür, Azərbaycan Dilqəm Əsgərovu almaq üçün yeni üsullara əl atır. Bu baxımdan, Lapşinin Dilqəm Əsgərovla dəyişdirilməsi istisna deyil”.

Sayt əlavə edir ki, D.Əsgərov Rusiya vətəndaşı olduğu üçün Moskva Lapşinin əvəzinə onu Ermənistandan tələb edə bilər.

"Azərbaycan buna nail olarsa, bu, ilin ən səs-küylü əməliyyatı olacaq. İndi Ermənistan rəhbərliyinin nə edəcəyi maraqlıdır”, - deyə qeyd olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az