Lavrov azərbaycanlı nazirlə nə haqqında danışdı?

Lavrov azərbaycanlı nazirlə nə haqqında danışdı?
Həmsədrlərin səfər vaxtı bilindi

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun telefon danışığı zamanı hansı məsələləri müzakirə etdikləri məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparıb və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 
XİN rəsmisi aTƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfər vaxtını da açıqlayıb. Onun sözlərinə görə, səfər fevralın 6-da baş tutacaq. Ayın 7-də isə rəsmi görüşlər olacaq.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az