Lavrov Bakıya gəlir - VİDEO

Lavrov Bakıya gəlir - VİDEO

Onun ardınca isə baş nazirin müavini, qatı antiqərbçi və anti NATO-çu kimi tanınan Dmitri Roqozin ölkəmizdə olacaq

Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlir. Onun ardınca isə baş nazirin müavini, qatı antiqərbçi və anti NATO-çu kimi tanınan Dmitri Roqozin ölkəmizdə olacaq. 

Vətəninfo.az ANS TV-yə isrtinadən xəbər verir ki, ekspertlər düşünürlər ki, Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozudan sonra indi də Lavrovun Bakıya səfəri Azərbaycan uğrunda Qərblə-Rusiya arasında mübarizənin getdiyini göstərir. Bu mübarizədə də Kreml hələlik zəif tərəf qismindədir. Xüsusilə də son vaxtlar Krım məsələsinə görə Rusiyaya qarşı Qərbin sanksiyaları ölkənin iqtisadi vəziyyətini çətinləşdirib. Belə bir şəraitdə isə rəsmi Moskva özünə iqtisadi cəhətdən güclü tərəfdaş tapmalıdır. Şimal qonşumuz Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmaq üçün tədricən bütün siyasi-iqtisadi və diplomatik rıçaqları işə salmağa başlayıb. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan stabil və inkişaf edən bir ölkə olduğundan, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması Rusiya üçün vacibdir.

Politoloq Qabil Hüseynli qeyd edir ki, Azərbaycan şərq-qərb arasında olduğundan, həm daşımalar, həm də iqtisadi potensialı üçün Rusiya Azərbaycanın üzvülüyünü istəyir: “Ancaq bu o demək deyil ki, kimsə ultimatum şəklində bunu Azərbacana diqtə edə bilər. Azərbaycanın öz baxışı var”.

Krımı və Cənubi Osetiya məsələlərinə görə, rəsmi Moskvanın Ukrayna və Gürcüstandan əli üzülüb. Politoloqlar hesab edirlər ki, indiki şəraitdə, hətta ölkəmizi Avrasiya İqtisadi Birliyinə şirnikləndirmək üçün Kremlin konkret olaraq Qarabağa dair konstruktiv vədi, təklifləri istisna deyil. Lavrovun Bakıya Putinin mesajları ilə yanaşı, Qarabağ təklifi ilə gələcəyi də gözlənilir.

İndiki mərhələdə Moskvanın tək istəyi Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşulmağa inandırmaqdır. 

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az