Lavrov Türkiyədən sonra Ermənistana gedəcək

Lavrov Türkiyədən sonra Ermənistana gedəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Ermənistana işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, 2 gün davam edəcək səfər çərçivəsində sabah XİN-də Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, hazırda Sergey Lavrov Türkiyədə səfərdədir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az