Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 5-də, gecə rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Mololon kənd sakini, 1989-cu il təvəllüdlü Saleh Etibar oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı, 44 BH 400 dövlət nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən piyadalar - bir ailənin üzvü olan kənd sakinləri, 1976-cı il təvəllüdlü Oruc Sədaqət oğlu Rəhimovu, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Elnarə Məmməd qızı Rəhimovanı və onların 2007-ci il təvəllüdlü qızları Tünzalə Rəhimovanı vurub. Güclü zərbədən 8 yaşlı Tünzalə Rəhimova hadisə yerindəcə dünyasını dəyişib. O. Rəhimov və E. Rəhimova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan hər iki yaralıya müvafiq tibbi yardım göstərilib, onların vəziyyəti ağırdır. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür