Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi

Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi
Azərbaycanlı "qanuni oğru”, İstanbulda öldürülən Rövşən Lənkəranskinin məzarüstü abidəsi artıq hazırdır.

Artıq Rövşən Lənkəranskinin Hindistanda hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.

Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.

Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb. (cebhe.info)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az