Lənkəranskinin cənazəsini Mənsimovun təyyarəsi gətirməyib - AÇIQLAMA

Lənkəranskinin cənazəsini Mənsimovun təyyarəsi gətirməyib - AÇIQLAMA
Yayılan xəbərə aydınlıq gətirilməsi üçün Bizimyol.info saytı AZAL-ın birinci vitse prezidenti Sabir İlyasovla əlaqə saxlayıb.

Bir neçə gündür bir sıra KİV-də sosial şəbəkələrdə Avqustun 18-i gecə saatlarında Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Azərbaycana gətirilməsidə Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsindən istifadə edilməsi xəbərləri yayılıb.

Yayılan xəbərə aydınlıq gətirilməsi üçün Bizimyol.info saytı AZAL-ın birinci vitse prezidenti Sabir İlyasovla əlaqə saxlayıb. O,  açıqlamasında Rövşən Canıyevin cənazəsinin Azərbaycana gətirilməsində nə Mübariz Mənsimovun, nə də AZAL-ın təyyarəsindən istifadə edilməsi xəbərinin doğru olmadığını bildirib.

"Türkiyədə təcili tibbi yardım tipli təyyarələr var. Onun cənazəsi də Azərbaycana Türkiyədən icarəyə götürülmüş təcili tibbi yardım təyyarəsi ilə gətirilib”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az