“Lider TV”-nin canlı efirində aparıcının halı pisləşdi – VİDEO
Tanınmış teleaparıcı Vüsalə Səidinin canlı efirdə halı pisləşib.
Miq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Lider TV-də yayımlanan "Səda” xəbərlər proqramında Vüsalə Səidinin efiri Nurlan Vilayətoğluna ötürərkən baş verib.
Nurlan idman xəbərləri barədə məlumat verən zaman V.Səidinin halı pisləşib, əlini başına qoyub, daha sonra özünə gələ bilib.
Vüsalə Səidi canlı efirdə təzyiqinin aşağı düşdüyünü qeyd edib: "Elə böyük bir şey olmayıb. Təzyiqim anidən düşdü. Özüm də bilmədən əlimi efirdə qaldırmışam. Başıma heç vaxt belə bir şey gəlməmişdi. Düşünürdüm ki, əlimi qaldırmamışam. Daha sonra görüntüləri izlədim, gördüm ki, əlimi başıma qoymuşam. İndi hər şey qaydasındadır”.
Miq.az