Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda "IMEI" kodların qeydiyyat sistemini təkmilləşdirmək niyyətindədir.
Vətəninfo.az Publika.az-a istinadən məlumat verir ki, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edildiyini bildirib.
"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin birinci müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.
"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", - deyə İ. Məmmədov bildirib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto