Masallıda güclü qar 26 nəfəri evsiz qoydu
Qarın ağırlığına tab gətirməyən ev uçub
Masallıda yaşayış evi uçub. İstipress-in Cənub bürosunun verdiyi məlumata görə, yağan qar Masallı rayonun Dəlləkli kəndində yaşayış evini yararsız vəziyyətə salıb. Kənd sakini, 59 yaşlı Məmmədyar Mehdiyevə məxsus bir mərtəbəli evin arxa istinad divarı bu gün uçduğundan ailə müvəqqəti yaxınlarının evində məskunlaşmalı olub .Qeyd edək ki, qəzalı vəziyyətə düşən evdə 26 nəfər ailə üzvü yaşayır.
Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon FHK-nın üzvü Nəsir Muxtarlının verdiyi məlumara görə, məsələdən məlumatlıdırlar.
Hal-hazırda komissiya üzvləri evə baxış keçirir. İcra rəsmisi uçan evin çiy kərpicdən tikildiyini və ötən əsrin ortalarında inşa olunduğunu bildirdi. Uçqunla bağlı FHN-nə məlumat verilib.
Miq.az