Mədət Quliyev Putinlə görüşüb

Mədət Quliyev Putinlə görüşüb
Rusiya prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçıları ilə görüşüb

Virtualaz.org bildirir ki, xəbəri Rusiya KİV-i yayıb.
Görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
Vladimir Putin görüşdə çıxış edərək qeyd edib ki, MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və xarici güclərin daxili siyasi vəziyyətə təsiridir.
"Sizin qarşısında çox mürəkkəb, müxtəlif vəzifələr durur. Və mənə qeyd etmək çox xoşdur ki, əməkdaşlıq qaydaya salınıb və effektiv inkişaf edir", - deyə Rusiya lideri görüş iştirakçılarına müraciət edərək vurğulayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az