Mədət Quliyevdən xəbərdarlıq - Belə fakt aşkarlansa...

Mədət Quliyevdən xəbərdarlıq - Belə fakt aşkarlansa...

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub. 

Gununsesi.info-nun xəbərinə görə, Mədət Quliyev DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayyət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlamaları barədə onlara tapşırıq verib.

General həmçinin bildirib ki, Yol-Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çıların cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, həmin əməkdaşla bağlı daxili təhlükəsizlik qaydasında xidməti yoxlama aparılacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az