Medvedev Ermənistanın şikayətinə məhəl qoymadı

Medvedev Ermənistanın şikayətinə məhəl qoymadı
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan hökumətinin Azərbaycana Rusiya silahının satılmasına dair şikayətinə məhəl qoymayıb. 

Miq.az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Hrapark" qəzeti məlumat yayıb.

"Ovik Abraamyan və Dmitri Medvedevin görüşündən sonra "Paravon" restoran kompleksində baş tutan naharda nazirlər Vaçe Qarnielyan, David Arutyunyan, Levon Yolyan da olublar. Daha sonra Medvedev Tsrukyanın "Multi Qrant" otelində gecələyib. Nahara qədər Abraamyan ona Azərbaycanın hərbi əməliyyatlara Rusiya silahlarını istifadə edərək başladığını deyib, amma rusiyalı baş nazir susaraq mövzudan yan keçib", - qəzet yazıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az