“Mən öz ölümümə də hazıram" - Ziya Məmmədovun qardaşı

“Mən öz ölümümə də hazıram
"Ziya Məmmədov 20 il bu vəzifədə olub və bu müddətdə ölkə rəhbəri və onun apardığı siyasi kursa canı,qanı ilə xidmət edib."

Bunu AzNews.az-a açıqlamasında sabiq millət vəkili Elton Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən çıxarılmasına münasibətində deyib. O, nəinki Ziya Məmmədovun vəzifədən çıxarılmasını, hətta öz ölümünün də gözlənilən olduğunu dedi:

"Mən öz ölümümə də hazıram. Bunu gözləmirdik. Ölkə rəhbəri qərar verir. Qərarın sahibi ölkə rəhbəridir. Bu məsələ müzakirə olunmur.”

Elton Məmmədov Ziya Məmmədovun ilk Azərbaycanın Nəqliyyat naziri kimi tarixdə qaldığını bildirib:

"Tarix olanı, elm mümkün olanı, fəlsəfə isə olmalı-olanı müzakirə etməli və onu araşdırmalıdır. Ziya Məmmədov 20 il bu vəzifədə olub və bu müddətdə ölkə rəhbəri və onun apardığı siyasi kursa canı,qanı ilə xidmət edib. Hər birimiz o inkişafı görüb, qiymətləndiririk. Ölkə rəhbəri kimi vəzifədən azad edib, kimi təyin edəcəksə, bu müzakirə oluna bilməz.”
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az