Məni siqaret alverçiləri tutdurdu – MTN generalı
Ləğv ediımiş Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə proses davam edib.
Axar.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Elçin Quliyev son söz deyib.
Çıxış edən Elçin Quliyev günahsız olduğunu deyib. Bir çox əməliyyatlarda naliyyətlərinin olduğunu söyləyən general qeyd edib ki, siqaret alverçilərinin şikayəti əsasında tutulub:
"Mənim Gəncədə və digər hadislərlə bağlı keçirilən əməliyyatlarda xidmətlərim olub".
O, haqqında bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə son söz deyən Azər Mehdiyev günahsız olduğunu bildirib:
"Məni iş adamı Maqsud Mahmduovun işinə görə tutublar. Bu məsələdə günahsızam, barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".
Hakimlər müşavirə otağına yollnıb, yaxın günlərdə hökm oxumacaq. Hökmün oxunacağı tarix bəlli deyil.
Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.
Miq.Az