“Mercedes” ağaca çırpılaraq parçalanıb, sürücü ölüb

“Mercedes” ağaca çırpılaraq parçalanıb, sürücü ölüb
Zaqatala-Muxax avtomobil yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Vətəninfo.az-ın "Report”a istinadla xəbərinə görə, Zaqatala rayonu Muxax kəndinin sakini, 26 yaşlı Arif Həmzəyev idarə etdiyi "Mercedes” markalı 99 DK 414 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Zərbənin gücündən maşın qəzadan sonra bir neçə yerə parçalanaraq deformasiyaya uğrayıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az