Merkelin 2008-ci ildə dedikləri məni şoka saldı - Yuşşenko
Almaniya kansleri Angela Merkelin 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi məni şoka salmışdı.
Miq.Az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Viktor Yuşşenko deyib.
"Biz 7-8 prezident toplaşıb Merkelin yanına getdik. Sarkozi zalı tərk etdi, çünki danışmaq istəmirdi. Merkellə çox qısa – 5 dəqiqəlik dialoq baş tutdu. O deyirdi ki, Ukraynadakı NATO layihəsini yalnız ukraynalıların üçdə biri dəstəkləyir. Mən ona dedim ki, iki il ərzində NATO-nu dəstəkləyən ukraynalıların sayı 14%-dən 31%-ə yüksəlib, halbuki İspaniya NATO sıralarına daxil olanda alyansı bu ölkə əhalisinin cəmi 17%-i dəstəkləyirdi”, - Yuşşenko bildirib.(axar.az)
Miq.Az