Məşhur hakimin beyninə qan sızdı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qaz sızdığı barədə məlumat yayılıb.
Miq.az Lent.az-a istinadən xəbər verir ki, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub.
Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.
Miq.az