Məşhur hakimin səhhətindən — XƏBƏR VAR

Məşhur hakimin səhhətindən — XƏBƏR VAR
"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”.

Miq.az  xəbər verir ki, bunu "Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır: "Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.

Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az